Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
Heftelik.az-ın məlumatına görə, 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib – 0,5:0,5.
Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşüb.