Komitələrin müstəqil kənar üzvü  son 2 (iki) ildə bankın idarəetmə orqanının üzvləri, habelə bankın struktur bölmə rəhbərləri ilə qohumluq əlaqəsi olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Eyni zamanda komitələrin müstəqil kənar üzvü bankın 2%-dən çox imtiyazlı səhmlərinə və ya həcmindən asılı olmadan adi səhmlərinə malik olmamalı, son 2 ildə bankın aktivinin 0.025%-dən yuxarı həcmə malik dəyərdə müqavilə tərəfi, o cümlədən kənar xidmət təminatçısı, habelə bankın aktivinin 0.025%-dən yuxarı həcmdə aktivə və ya öhdəliyə malik bankın müştərisi olmamalıdır. Eyni zamanda, bu bənddə qeyd edilən meyarlara uyğun bankın hüquqi şəxs olan müqavilə tərəfinin, o cümlədən kənar xidmət təminatçısının və müştərisinin idarəetmə orqanının rəhbəri və ya səlahiyyətli nümayəndəsi olmamalıdır.

Yuxarıda qeyd olunanlardan əlavə, müstəqilliyinə xələl gətirəcək hər hansı digər əlaqəsi, o cümlədən işgüzar münasibəti olmamalıdır.