Əgər torpaq xüsusi mülkiyyәtdә deyilsə, o zaman notarius tərəflərə izah etməlidir ki, torpaqdan yalnız istifadə (icarə) hüquqi digər tərəfə keçir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Eyni zamanda izah edilməlidir ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq torpaq yalnız Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xüsusi mülkiyyətində ola bilər.