Səyyar vergi yoxlamasının keçirilməsi zamanı zəruri hallarda tərcüməçi dəvət oluna bilər.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.
Tərcüməçinin dəvət olunması vergi orqanının rəhbərinin (onun müavininin) qərarı əsasında həyata keçirilir. Tərcüməçi tərcümə üçün lazım olan dili bilən, işin nəticələrində marağı olmayan şəxs olmalıdır. Bu müddəalar, həmçinin eşitməyən və danışmayan fiziki şəxsin işarələrini başa düşən şəxsə də aiddir.