Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Heftelik.az-ın  məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Araşdırma aparılır.