Notariat hərəkətlərini reyestrə qeyd etməklə bərabər, göstərilən sənədlərin olması haqqında əqdin notariusda saxlanılan nüsxəsində, vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə dair ərizələrdə qeyd edilir və sənədlər onları təqdim etmiş şəxslərə qaytarılır.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notariusun təsdiq etdiyi və ya verdiyi sənəd itirildikdə, notarius verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri dövlət notariat arxivinə təhvil verilənədək notariat hərəkətinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış şəxsin, idarə, müəssisə və təşkilatın yazılı ərizəsinə əsasən itirilmiş sənədin dublikatını verir.