Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Əmlakın üzərinə məhkəmə tərəfindən həbs qoyulduqda, müqavilənin ləğv edilməsinə dair müqavilə yalnız onun götürülməsindən sonra bağlanıla bilər.