Notariuslar ayrı-ayrı notariat hərəkətləri üzrə bir neçə reyestr aparırlar.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Notariuslar hər bir reyestrin indeksinə notariat hərəkətinin adına uyğun hərf əlavə edirlər:

– sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi – “1-S” reyestrinə;

– vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə “2-V” reyestrinə;

– daşınmaz əmlakın özgəninkiləşdirilməsindən başqa bütün müqavilələr “3-M” reyestrinə;

– daşınmaz əmlakın özgəninkiləşdirilməsi “4-Ə” reyestrinə;

– depozit hərəkətləri “5-D” reyestrinə;

– sənədin leqallaşdırılması və ya ona apostil verilməsi “6-L” reyestrinə;

– etibarnamələrin təsdiqi “7-E” reyestrinə;

– “1-S”, “2-V”, “3-M”, “4-Ə”, “5-D” və “6-L” reyestrlərinə qeyd edilən notariat hərəkətləri istisna olunmaqla qalan digər notariat hərəkətləri və sənədlərin dublikatının verilməsi “8-İ” reyestrinə qeyd edilir.

Reyestrlərə qeyd edilmiş sənədlərdə nömrələr aşağıdakı şəkildə işarə olunur: 1-S-1, 1-S-2, 2-V-1, 2-V-2; 3-M-1, 3-M-2 və s.

Notariat hərəkətlərinin reyestrdə qeydə alınıb nömrələnməsi hər təqvim ilinin əvvəlindən birinci nömrədən başlanır.