Müqavilənin ləğv edilməsinə dair müqavilə istənilən notariat ofisində müqavilə tərəflərinin iştirakı ilə təsdiq edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Bu halda həmin məlumat dərhal “Elektron notariat” informasiya sisteminə daxil edilməli, daşınmaz əmlaka münasibətdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestri orqanına ötürülməlidir. Eyni zamanda, bu barədə yazılı məlumat notarius tərəfindən ləğv edilən notariat hərəkətini aparmış notariat ofisinə və ya notariat işinin saxlanıldığı Dövlət notariat arxivinə verilməlidir. Həmin məlumat əsasında digər notariat ofisində və ya Dövlət notariat arxivində müqavilənin saxlanılan nüsxəsində və notariat hərəkətlərinin qeyd edildiyi reyestrdə müvafiq qeydiyyat aparılır.