Daşınmaz əmlakın müəyyən hissəsinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq edilərkən, bu müqavilənin mətnində tərəflərin istəyinə uyğun olaraq həm əmlakın konkret hissələri (mərtəbə, otaq, yaşayış və torpaq sahəsinin konkret ölçüsü), həm də riyazi paylar (1/2; 1/3) göstərilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.