Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına, işdə iştirak edən şəxslərə Mülki-Prosessual Məcəllədə göstərilən qaydada bildirməklə, açıq məhkəmə iclasında baxılır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə bildirişinin ona rəsmi qaydada verilməsi məhkəməyə məlum olduqda, işdə iştirak edən şəxsin üzürsüz səbəbdən məhkəməyə gəlməməsi etiraza baxılmasına mane olmur.