Fransa səfiri qaytdı

30 Aprel 2024, 14:46

Fransa səfiri Azərbaycana qayıdıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda aprelin 16-da məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa Prezidenti Emmanuel Makron qəbul edib.