Londonun şərqində qılıncla silahlanmış şəxs insanlara hücum edib.
Heftelik.az-ın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, nəticədə 5 nəfər xəsarət alıb.
Qılıncla hücum nəticəsində yaralanmış 5 nəfərdən biri xəstəxanada vəfat edib.
Ölənin 13 yaşlı oğlan olduğu bildirilib. London meri Sadiq Xan hadisə ilə əlaqədar onun ailəsinə başsağlığı verib.
Hücum edən 36 yaşlı kişi hadisə yerində saxlanılıb.
Polis insidentin terror hücumu olmadığını bildirib.