Nəzərdə tutulmuş hallarda səyyar vergi yoxlamasının keçirilməsi zamanı müşahidəçilər dəvət edilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.
Müşahidəçilər iki nəfərdən az olmayaraq dəvət edilir. Müşahidəçilər qismində yoxlamanın nəticələrində maraqlı olmayan fiziki şəxslər dəvət edilə bilər. Müşahidəçi kimi vergi orqanlarının vəzifəli şəxslərinin iştirak etməsinə yol verilmir.