Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya xüsusi notariusun köməkçisinin iştirakı ilə imzalanır.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Əgər əqd, ərizə və ya başqa sənəd notariusun və ya xüsusi notariusun köməkçisinin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs notariusun və ya xüsusi notariusun köməkçisinin iştirakı ilə yenidən imzalamaqla, həmin sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir.