Notariat hərəkətləri reyestrə mürəkkəblə (və ya pastalı qələmlə) və yalnız təsdiq qeydi və ya verilən sənədlər notarius tərəfindən imzalandıqdan sonra yazılır.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Reyestrdə karandaşla qeyd yazılmasına və sözlərin pozulmasına yol verilmir. Doldurulmamış yerlərdən xətt çəkilməli, edilmiş düzəlişlər isə notariusun imzası ilə şərtləşdirilməlidir.