Sənədin mətnində düzəlişlər yalnız təsdiq qeydinin sonunda notarius tərəfindən şərtləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Əgər təsdiq olunmalı olan sənəd düzgün ifadə edilməmiş və ya savadsız yazılmışsa, notarius müraciət etmiş şəxsə yenisini tərtib etməyi təklif edir. Müəyyən edilmiş haqq ödənildikdə, əqdlərin, ərizələrin və etibarnamələrin layihələri notarius tərəfindən tərtib oluna bilər.