Tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbinə əsasən tikinti ilə bağlı zəruri məlumatlar, tikinti sənədlərinin (şəhadətnamələr, sertifikatlar, aktlar və s.) əsli və ya surətləri həmin orqana təqdim olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.
Tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının aşağıdakı digər səlahiyyətləri vardır:
– tikinti və ya tikinti materialları və məmulatı ilə bağlı təhlükə barədə ictimaiyyəti məlumatlandırmaq;
– tikinti obyektinə və tikinti ərazisinə maneəsiz daxil olmaq;
– tikintidə baş verən qəzaların səbəblərini araşdırmaq.
Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.