Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlanılması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır.