Ərizənin məzmununa münasibətdə verilmiş ikinci ərizədə əvvəlki ərizənin təsdiq edildiyi tarix, reyestr nömrəsi və notariat ofisinin adı göstərilməli, onu verən şəxs tərəfindən imzalandıqdan sonra bu sənəddə imzanın həqiqiliyi notariat qaydasında təsdiq olunmalı və “Elektron notariat” informasiya sistemində yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Bu qayda notariat qaydasında təsdiq olunmuş digər ərizələrdən imtina edilməsi zamanı da tətbiq olunur.