Müşahidə Şurasının sədri Audit Komitəsinin üzvü ola bilməz.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Audit Komitəsi Qanunda və “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətlərdən başqa aşağıdakı vəzifələri də yerinə yetirir:

– bankın uçot siyasətinin təkmilləşdirilməsinə nəzarət edir;

– bankın maliyyə hesabatlarının şəffaflığına, tamlığına, bankın fəaliyyətinin qanunvericiliyə və bu Standartların tələblərinə uyğunluğunun təmin edilməsinə nəzarət edir.