Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə və müsahibə keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.
Miqrasiya orqanlarında vakant ştat vahidləri olduqda, qulluğa qəbul ilə əlaqədar mediada və Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində elan verilir.