UEFA Çempionlar Liqasınım yarımfinal mərhələsində ilk matçda “Bavariya” “Real”-la qarşılaşıb.
Heftelik.az-ın məlumatına görə, Madrid klubunda Vinisius Junior 24-cü dəqiqədə hesabı açıb.
“Bavariya”da 53-cü dəqiqədə Leroy Sane, 57-ci dəqiqədə penaltidən Harri Keyn fərqləniblər. 83-cü dəqiqədə Vinisius Junior 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb.
Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.
Qeyd edək ki, digər yarımfinal matçında Almaniyanın “Borussiya” (Dortmund) klubu Fransa çempionu PSJ-ni qəbul edəcək. Oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.