Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarından biri tərəfindən daşınmaz əmlakda ona məxsus paya sərəncam verilməsi haqqında müqavilədə daşınmaz əmlakın konkret hissələrindən istifadə qaydası yalnız o zaman göstərilə bilər ki, daşınmaz əmlakdan istifadə qaydası haqqında paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında müvafiq saziş olsun və ya buna onların yazılı razılığı olsun, yaxud da daşınmaz əmlakın konkret hissələrindən istifadə qaydası haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.