Avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya ipoteka qoyulmasına dair müqavilələr, avtonəqliyyat vasitələrinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, onların müayinədən keçməsi barədə arayış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin informasiya sistemindən “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edildikdən sonra təsdiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Əmlak üzərində qadağa olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər.