Əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə ləğv edilərkən, əgər bu müqavilə müvafiq orqanda hələ qeydə alınmamışdırsa, daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış və ərin (arvadın) razılığı tələb edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notarius əmlaka sərəncam verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barəsində məhkəmənin qətnaməsini aldıqda, bu barədə reyestrdə və müqavilənin notariusda saxlanılan nüsxəsində qeyd edir.