Kağız reyestrdə karandaşla qeyd yazılmasına və sözlərin pozulmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Doldurulmamış yerlərdən xətt çəkilməli, edilmiş düzəlişlər notariusun imzası və möhürü ilə təsdiq olunmalıdır. Elektron reyestrdə düzəlişlər notariusun yazılı müraciəti əsasında Ədliyyə Nazirliyinin informasiya sisteminin fəaliyyətini təşkil edən qurumu tərəfindən aparılır.