Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə vokalist, bəstəkar Qasım Xəlilov məlumat yayıb.

Onun sözlərinə görə, R.Rzayev 30 aprel – Beynəlxalq Caz Günündə dünyasını dəyişib.
Qeyd edək ki, R.Rzayev mərhum Xalq artistləri Müslüm Maqomayev və Rəşid Behbudovla birgə çalışıb. O, Azərbaycan Milli Konservatoriyasında pedeqoq kimi də fəaliyyət göstərib.