Vergi yoxlamasının keçirilməsi zamanı protokollar tərtib edilir.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Protokollar Azərbaycan dilində tərtib edilir.

Protokolda aşağıdakılar göstərilir:

– protokolun adı;

– konkret hərəkətlərin həyata keçirilməsinin yeri və tarixi;

– hərəkətin başlanması və bitirilməsinin vaxtı;

– protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı;

– hərəkətin həyata keçirilməsində iştirak edən və ya onun həyata keçirilməsini müşahidə edən şəxsin adı, lazım olduqda – onun ünvanı, vətəndaşlığı, Azərbaycan dilində danışa bilib-bilməməsi;

– hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcıllığı;

– hərəkətin həyata keçirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar;

– bu Məcəlləyə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri göstərilməlidir.