Tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xidmətindən istifadə etmək barədə həbs yerinin müdiriyyəti vasitəsilə göndərdiyi müraciətləri və cinayət prosesini həyata keçirən orqanın razılığı notariat ofisinə daxil olduqdan sonra notarius həbs yerinin müdiriyyəti ilə razılaşdırılmaqla, notariat hərəkətinin aparılması gününü və vaxtını müəyyən edir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.