Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərazi planlaşdırılması sənədlərinin tələblərinin təmin edilməsi ilə bağlı (reklam qurğularının tikintisinə münasibətdə istisna olmaqla) pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir.
Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı pozuntu hallarının aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) icrası məcburi olan yazılı göstəriş təqdim edir:
– tikintiyə icazə icraatı zamanı tikinti obyektinin tikinti layihəsinin və ya məlumatlandırma icraatı zamanı barəsində belə icraat nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrinin müvafiq ərazini əhatə edən müfəssəl planın tələblərinə, müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumumatlandırma icraatı məqsədləri üçün onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olmadığı müəyyən edildikdə;
– tikintiyə icazə icraatı zamanı tikinti obyektinin tikinti layihəsinin və ya məlumatlandırma icraatı zamanı barəsində belə icraat nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrinin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaların tələblərinə uyğun olmadığı müəyyən edildikdə və ya yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi qaydalarının tələblərinin təmin olunmaması aşkar edildikdə;
– bu Məcəllənin tələblərinə əməl edilmədən tikinti obyektlərinin tikintisinə icazə verilməsi aşkar edildikdə;
– aşkar edilmiş özbaşına tikililərin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməməsi müəyyən edildikdə;
Nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir.