Audit Komitəsi bankda daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin səmərəliliyinə dair kənar auditin və digər üçüncü tərəflərin tövsiyələrini nəzərdən keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Həmçinin Audit Komitəsi daxili audit planlarını təsdiq edildikdən sonra 10 (on) iş günü ərzində Mərkəzi Banka təqdim edir. İl ərzində bankda aparılmış daxili audit yoxlamaları barədə hesabatı hər təqvim ili başa çatdıqdan sonra növbəti rübün sonunadək Mərkəzi Banka təqdim edir, habelə Mərkəzi Bankın sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatların təqdim edilməsini təmin edir.