Nəzarət-kassa aparatının çeklərində hansl məlumatların olmalı olduğu açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.
Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
– vergi ödəyicisinin adı;
– VÖEN;
– çekin vurulmasının tarixi və saatı;
– təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
– malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği);
– cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi;
– nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
– nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
– malın sürətli məlumat kodu (Quick Response Code);
– ödənilmiş məbləğ;
– avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ;
– müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə);
– nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
– ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı);
– çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş);
– nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
– geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
– nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
– yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.