Sənədi ekspertizaya göndərmək üçün notarius qərar çıxarır.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notariusun çıxardığı həmin qərarda aşağıdakılar göstərilir:
– qərarın çıxarıldığı tarix;
– qərarı çıxaran notariusun soyadı, adı, atasının adı, notariat ofisinin adı və ünvanı;
– sənədin adı və kimin adına verilmişdir;
– sənədi notariusa kim təqdim etmişdir (soyadı, adı, atasının adı və yaşayış yeri);
– sənədi ekspertizaya göndərmək zərurətinin səbəbləri;
– sənəd ekspertizadan keçirilmək üçün haraya (hansı ekspert idarəsinə) göndərilir;
– ekspertizanın həlli üçün qoyulmuş suallar.