Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib.

Heftelik.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, Heydər Əsədov 2007 –2013-cü illərdə  Hesablama Palatasının sədri, 2013 –  2018-ci illərdə kənd təsərrüfatı naziri olub.