Məcburi icra edilməli olmayan xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsinə Mülki-Prosessual Məcəllədə nəzərdə tutulmuş əsaslar olduqda yol verilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Qərardadın surəti onun çıxarıldığı gündən 3 gün müddətində xarici dövlətin məhkəmə qətnaməsinin çıxarılması barədə ərizə vermiş şəxsə və ya onun nümayəndəsinə və qətnamənin tanınmasına qarşı etiraz etmiş şəxsə göndərilir.