14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər qanuni nümayəndələrinin (valideynlərindən biri öldükdə, xəbərsiz itkin düşdükdə, bu halı təsdiq edən müvafiq sənədlər olduqda onlardan birinin), habelə övladlığa götürənlərin və ya himayəçilərin razılığı ilə əqdləri bağlaya bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Razılıq barədə ərizə həmin notariat ofisində notarius tərəfindən üzərində tarix və onun yanında verildiyi qeyd edilməklə imzalanmalı, həmçinin şəxsi gerbli möhürlə təsdiq edilməli (bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır), bundan sonra əqd yetkinlik yaşına çatmamış və ya himayədə olan şəxs tərəfindən imzalanmalıdır.