Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə Birinci Beynəlxalq Opera Festivalı çərçivəsində konsert proqramı baş tutub.
Heftelik.az-ın məlumatına görə, Xalq artisti Rafael Bayramovun rəhbərliyi, Gəncə Dövlət Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Fidan Hacıyeva, Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Taleh Yahyayev, Rüstəm Cəfərov və digər vokal ifaçıları dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. Konsert İtaliyadan gəlmiş, xüsusi qonaq, tanınmış vokalçı Ripalta Bufonun ifası ilə yadda qalıb.
Konsertdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şəhər ictimaiyyəti iştirak ediblər.