Notariat hərəkətinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər, o cümlədən həbs yerində saxlanılan şəxsin şəxsiyyətini təsdiq edən sənəd notariusa təqdim edildikdən sonra onunla həbs yerinin müdiriyyətinin notariat hərəkətinin aparılması üçün müəyyən etdiyi yerdə notariat hərəkəti aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.