Müsabiqədən və müsahibədən keçmiş namizədlər Xidmətin Təlim-tədris mərkəzində təlimə cəlb edilirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının ərazisində miqrasiya orqanlarına müvafiq vəzifəyə qulluğa qəbul bu Qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.