Qeydə alınmalı olan əmlaka (yaşayış evi, mənzil və s.) sərəncam verilməsi haqqında müqavilə, habelə bu cür müqavilənin (müvafiq orqanda qeydə alındıqdan sonra) dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müqavilə həmin əmlakın qeydə alındığı yerdə qeydiyyat üçün təqdim olunmalıdır, bunu notarius təsdiq qeydində göstərir və tərəflərə Mülki Məcəllənin tələblərini izah edir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.