“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən notariusların notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək, elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə etmək, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin, eləcə də dövlət torpaq kadastrı və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş fiziki şəxslərin sadələşdirilmiş verginin tutulması üçün yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə zona məlumatlarını real vaxt rejimində əldə etmək hüququ var.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.