Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrasına dair ümumi qayda açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası qaydası “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyası, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu və bu fəslin müddəaları ilə tənzimlənir.