Audit Komitəsinin iclasları üç ayda bir dəfədən az olmayaraq, Müşahidə Şurasının növbəti iclasından ən azı 5 (beş) iş günü əvvəl keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Audit Komitəsinin iclaslarına İdarə Heyətinin sədri və digər üzvləri, kənar auditor, bankın daxili audit, komplayens, risklərin idarə edilməsi, maliyyə idarəetməsi və digər funksiyaların rəhbər şəxsləri dəvət edilə bilər.