Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Bəkir Çobanzadə küçəsində baş verib.
1959-cu il təvəllüdlü Bağırova Kəmalə Həmid qızı və 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay qızı şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyib.
Həmin vaxt onları “Kia” markalı minik avtomobili vurub.
Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq Əfəndiyeva Gülarə Oktay qızı dünyasını dəyişib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.