Ümumi paylı mülkiyyətin iştirakçılarından biri ona məxsus olan payı kənar şəxsə satdığı hallarda, notarius satanın xahişi ilə onun ərizəsini satılan əmlakın qiyməti və digər şərtləri göstərməklə paylar məlum olan ümumi mülkiyyət iştirakçılarına göndərir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Ümumi paylı mülkiyyətin qalan iştirakçıları satın almaqda üstünlük hüququnu həyata keçirməkdən imtina edərlərsə və ya satma niyyəti və satış şərtləri haqqında xəbərdar edildikləri gündən daşınmaz əmlak üçün 45 gün ərzində, daşınar əmlak üçün isə 15 gün ərzində həmin hüququ həyata keçirməzlərsə, notarius payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsini təsdiq edir.