Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpaqlarının əldə edilməsinə dair alqı-satqı müqavilələri notariat qaydasında təsdiq edilərkən, müqavilədə əldə edən şəxsin həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməməsi qeyd edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.