Notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün tələb olunan sənəd və (və ya) məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.