HƏMAS Hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətər və Misir rəsmilərinə Qəzzada atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə HƏMAS-ın rəsmi “Telegram” kanalında məlumat verilib.

Qeyd edilib ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misirin Kəşfiyyat naziri Abbas Kamelə zəng edərək, hərəkatın atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib.

HƏMAS hərəkatının Qəzza zolağında razılaşdığı atəşkəs təklifinin detalları da açıqlanıb. Atəşkəs İsrail qüvvələrinin anklavdan çıxarılmasını və blokadanın tamamilə aradan qaldırılmasını nəzərdə tutur.

Qətər və Misirin vasitəçiliyi ilə irəli sürülən təklif hər biri 42 gün davam edəcək üç mərhələdən ibarət nizamlanmanı nəzərdə tutur.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza ilə bağlı danışıqlar üçün bütün variantları nəzərdən keçirdiyini bildirib.