Notarius təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Düzəlişlər təsdiq qeydinin sonunda notarius tərəfindən “düzəlişə inanılsın” sözlərindən sonra səhvə və qaralamaya yol verilmədən yazılaraq imzası və möhürü ilə təsdiq edilir.